generic dapoxetine priligy
AXC NİN 25 İLLİYİ QEYD OLUNUB
Select Category:
İyulun 16-da səhər Bakının Əmircan qəsəbəsindəki Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli toplantı keçirilib. Tədbirə qurumun yüzlərlə üzvü və tərəfdaşı toplaşıb. İclası AXCP sədri Əli Kərimli açıb. O, təşkilatın prioritetləri və uğrunda mübarizə apardığı dəyərlərdən danışıb. Ə.Kərimli Azərbaycan cəmiyyətini siyasi proseslərə laqeyd qalmamağa, vətəndaşların maraqlarını fəal şəkildə müdafiə etməyə çağırıb. Milli Şuranın keçmiş rəhbəri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun, siyasi məhbuslar Qurban Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli və NİDA fəallarının müraciətləri oxunub. Vətəndaş cəmiyyətinin fəalları, AXCP özəyini təşkil edənlər – Cəmil Həsənli, Leyla Yunus, Vidadi Mirkamal, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli və başqaları hərəkatın tarixinə nəzər salaraq onun müxtəlif mərhələlərini qiymətləndiriblər. Çıxışlarda ümumi rəy belə olub ki, AXCP ölkənin azadlığı və suverenliyinin qorunmasında, demokratiya uğrunda mübarizədə əvəzsiz rol oynayb.
Share |
Added: 2014-07-16
Category: Birləşmək azadlığı
Duration: 0:11:08
Tags:
Video Description: AXC NİN 25 İLLİYİ QEYD OLUNUB