generic dapoxetine priligy
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
Select Category:
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
0:05:00
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
0:03:15
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
0:10:26
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
0:04:54
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
0:06:02
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
0:05:01
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
İyulun 17-də öz torpaqlarımızda ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Konfransın ilk dəqiqələrindən zalın işıqları söndürülüb və tədbirin təxirə salınması tələb edilib. Təşkilatçılar bunu yaxınlıqda qəzanın baş verməsi ilə izah ediblər. Lakin tədbirin keçirildiyi Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) işıqlarının yandığı diqqətdən yayınmayıb. Tədbirə dəvət edilən ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri və millət vəkillərinin əksəriyyəti konfransa qatılmayıb. Tədbirdə millət vəkillərindən yalnız Aydın Mirzəzadə iştirak edib. Müdafiə Komitəsinin sədri, jurnalist Elxan Salahov çıxışında bildirib ki, məqsədləri əsir düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmək, onlara qarşı yol verilən zorakılıqları dünya ictimaiyyətinə çatdırmaqdır. Müdafiə Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, BMT və digər beynəlxalq təşkilatlara müraciət edib. Salahov bildirib ki, əsir düşən azərbaycanlıların Kəlbəcərə getməkdə məqsədləri yaxınlarının məzarlarını ziyarət etmək olub. Tədbirdə çıxış edən YAP-çı deputat Aydın Mirzəzadə ermənilərin bu əməlinin beynəlxalq hüquq normalarına sığmadığını vurğulayıb. O, bildirib ki, azərbaycanlıların öz torpaqlarına getmək hüquqları var və onlar bu hüquqlarından istifadə ediblər: “Əsir düşən Azərbaycan vətəndaşları sərhədi yox, sadəcə olaraq, cəbhə xəttini keçiblər. Heç kim bir azərbaycanlının öz torpaqlarını ziyarət etməsinə qadağa qoya bilməz”. O, beynəlxalq qurumların, ATƏT nümayəndələrinin bu məsələyə münasibət bildirməsinin vacibliyini vurğulayıb. Deputat dövlətin soydaşlarımızın taleyinə biganə qalmadığını və onların azad edilməsi üçün mümkün addımların atılacağını deyib. Hərbi analitik Üzeyir Cəfərov isə dövlətin vətəndaşların girov götürülməsinə ləng reaksiya verməsini pislədi. O hesab edir ki, Müdafiə Nazirliyi də bu işdə günahkardır və onlar vətəndaşlarımız girov götürülən gün bəyanat verməli idilər. İctimaiyyət təmsilçisi olan Əvəz Həsənov qeyd edib ki, vətəndaşlarımızın belə asanlıqla ələ keçməsi təəssüfedici haldır. Qeyd edək ki, tədbir işıqların sönməsi ilə yarımçıq saxlanılıb. Deputat Aydın Mirzəzadə tədbiri yarımçıq tərk edib. Əsirlərin yaxınları mətbuat konfransına gəlsələr də, onlar zaldan çıxarılıb və danışmalarına imkan verilməyib. Tədbir iştirakçıları və jurnalistlər konfransın yarımçıq kəsilməsinə etiraz etsələr də konfrans davam etdirilməyib. Təşkilatçılar bəyanatlarını da oxumadan zalı tərk ediblər. Onlar bildiriblər ki, bir neçə günə yenidən tədbir keçirməyə çalışacaqlar.
Share |
Added: 2014-07-18
Category: Şəffaflıq
Duration: 0:05:36
Tags:
Video Description: ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI