generic dapoxetine priligy
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
Select Category:
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
0:05:00
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
0:03:15
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
0:05:36
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
0:04:54
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
0:06:02
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
0:05:01
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
Son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə təsirli addımlar atılmasına baxmayaraq, dövlət və ictimai institutların şəffaflığının, habelə dövlət alqıları sahəsində şəffaflığın artırılması üzrə tədbirlər zəruridir. Bu barədə iyulun 18-də Bakıda “Transparency Azerbaijan” təşkilatının təqdim etdiyi “Milli şəffaflıq sisteminin qiymətləndirilməsi: Azərbaycan 2014” hesabatında deyilir. Təşkilatın rəhbəri Rəna Səfərəliyeva bildirib ki, araşdırma “Transparency İnternational” təşkilatının dünyanın 100-dən çox ölkəsi üzrə hesabatlarında istifadə edilmiş metodologiyası üzrə hazırlanıb. Qiymətləndirmə qanunvericiliyin və təcrübənin təhlili, hakimiyyət orqanları və müstəqil ekspertlər arasında sorğular əsasında həyata keçirilib. Tədqiqat obyekti icra, qanunvericilik hakimiyyəti, siyasi partiyalar, QHT, media, biznes və s. orqanlar olub. Layihə Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilib. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının katibi Vüsal Hüseynov ümumilikdə hesabatı müsbət qiymətləndirib. O qeyd edib ki, araşdırma dövlət orqanlarının və vətəndaş cəmiyyətinin əməkdaşlığının göstəricisi olub. Aİ nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Federik Bern Aİ-nin dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə potensialının və şəffaflığın artırılması üzrə layihələri dəstəklədiyini bildirib. Xüsusən, Aİ maliyyə və vergilər nazirliklərində tvinninq-layihələr, o cümlədən böyük vergi ödəyiciləri üçün eletron auditin yaradılması üzrə layihələr həyata keçirib. Dünya Bankı ilə birlikdə dövlət xərclərinin qiymətləndirilməsi üzrə layihə həyata keçirmək nəzərdə tutulur. “Milli şəffaflıq sisteminin qiymətləndirilməsi” layihəsinin koordinatoru Məhəmməd Muradov araşdırmanın özünü təqdim edib. 13 subyekt: dövlət və özəl institutlar, o cümlədən qanunvericilik orqanları, icra hakimiyyəti, məhkəmə hakimiyyəti, dövlət sektoru (dövlət xidməti), hüquq-mühafizə orqanları, MSK, Ombudsman aparatı, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və biznes araşdırma obyekti olub. Qiymətləndirmə üç meyar – fəaliyyət qabiliyyəti, idarəçilik və şəffaflıq sistemində rolu, həmçinin 5 indikator: resurslar, müstəqillik, şəffaflıq, hesabatlılıq, dürüstlük üzrə həyata keçirilib. Belə ki, “resurslar” indikatoru üzrə Milli Şəffaflıq Sistemi 100 baldan 66 bal ilə qiymətləndirilib. İcra hakimiyyəti korrupsiyaya qarşı ən çox mübarizə resurslarına malikdir. Eyni zamanda, vətəndaş cəmiyyəti və siyasi partiyalar maliyyələşmə, o cümlədən özəl sektor tərəfindən maliyyələşmə sahəsində problemlər yaşayır. “Müstəqillik” indikatoruna görə, şəffaflığın qiymətləndirilməsi 60 bal təşkil edib. Burada icra hakimiyyətinin müstəqilliyi daha çoxdur. Birinci instansiya məhkəmələri maliyyə məsələlərində və işçilərin ştatının müəyyən edilməsində icra hakimiyyəti orqanından – Ədliyyə Nazirliyindən asılıdır. Ədliyyə naziri həmçinin Məhkəmə-Hüquq Şurasının rəhbəridir. “Şəffaflıq” indikatoru üzrə orta bal 53-dür. Burada parlamentin şəffaflığı ilə bağlı problemlər diqqət çəkir, burada debatlar heç bir televiziya kanalı və ya onlayn televiziya ilə nümayiş olunmur. Qanunvericiliyə 2012-ci il tarixli düzəlişlər də qınağa səbəb olur, həmin düzəlişlərə görə şirkət sahibləri haqqında məlumatlar ticarət sirrinə aid edilib. “Hesabatlılıq” indikatoru üzrə qiymətləndirmə 52 bal təşkil edib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ictimaiyyət qarşısında hər rüb hesabat verməsinə baxmayaraq, məhkəmələr cinayət işlərinə baxılmasının yekunlaşması haqqında statistika vermir. “Dürüstlük” meyarı üzrə orta qiymət 54 bal təşkil edir. Burada söhbət etik məcəllələrə riayət etməkdən gedir. Bu sahədə nöqsanlar arasında deputatların həmkarlarının yerinə səs verməsi qeyd edilir. Hesabatda həmçinin tövsiyələr irəli sürülüb. Xüsusən, deputatların və məmurların gəlirləri haqqında bəyannamə verməsini təmin etmək təklif olunur. Hesablama Palatasına Alqılar üzrə Dövlət Agentliyinin və Neft Fondunun auditini keçirmək üçün səlahiyyətlər, habelə ilkin istintaq aparmaq funksiyaları verilməsi təklif edilir. Həmçinin MTRŞ-nin şəffaflığını təmin etmək və vətəndaş cəmiyyətini sabit şəkildə maliyyələşdirmək tövsiyə olunur.
Share |
Added: 2014-07-21
Category: Şəffaflıq
Duration: 0:10:26
Tags:
Video Description: AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR