generic dapoxetine priligy
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
Select Category:
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
İyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə Həsən Hüseylinin 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hüquq müdafiəçisi məhkəmə zalından həbs edilib. Qeyd edək ki, dövlət ittihamçısı Həsən Hüseynlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunurdu. Gəncə Şəhər Baş Polis İdarəsi Hüseynliyə qarşı əvvəl Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə ittiham irəli sürmüş sonra isə 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddə üzrə də ittihama əlavə olunmuşdu. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi. İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan “Bizim yol”qəzetinin jurnalisti və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti üzrə proses keçirilib. “İlkin baxış iclasından kassasiya şikayəti veriləcək”, deyə vəkil bildirib. İlkin baxışın kassasiyaya verilməsinin səbəbi apellyasiya məhkəməsi şikayətə məhkəmə istintaqı olmadan baxılacağı barədə qərar verməsi olub. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb. Bakı sakini Arif Rüstəmov özünə və ailəsinə qaşı 5 il öncə törədilən cinayətin iştirakçılarının hələ də cəzalandırılmaması ilə bağlı iyulun 14-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində mətbuat konfransı keçirib. 5 il öncə baş verən hadisədə Rüstəmovlar ailəsinin üzvləri ağır bədən xəsarətləri alaraq xəstəxanalara düşsələr də hadisəni törədən Rüstəm Rüstəmov və atası Pərvaz Rüstəmov saxlanılmayıb. Yalnız ilyarım bundan öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun qərarı ilə P.Rüstəmov 4 il şərti, R.Rüstəmov isə 3 il azadlıqdan məhrumetmə cəzası alıb. Amma R.Rüstəmov həbs edilməyib. Arif Rüstəmov iddia edir ki, ötən 1 il ərzində R.Rüstəmov bir avtoqəzada 5 nəfərin, ikinci avtoqəzada isə 3 nəfərin ölümünə səbəb olub. Buna baxmayaraq bu şəxsi həbsə almırlar. A.Rüstəmov ailə üzvlərinin döyülməsilə bağlı məsələnin hazırda Ali Məhkəmənin baxışında olduğunu xatırladıb. Son olaraq dövlət başçısı İlham Əlyevə müraciət edən A.Rüstəmov işə baxacaq hakimlər kollegiyasının tərkibinə dəyişiklik edilməsilə bağlı şikayət edib. İyulun 15-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində həbs qətimkan tədbirinin daha 4ay müddətinə uzadılması haqqında qərar qəbul edib. Vəkil Elmar Süleymanova görə jurnalistin həbs müddətinin uzadılması Baş Prokurorluğun təqdimatı əsasında olub. Mirqədirovun vəkili Elmar Süleymanov bu qərardan apellyasiya şikayəti verəcəyini bildirib. Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyulun 16-da səhər Bakının Əmircan qəsəbəsindəki Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli toplantı keçirilib. Tədbirə qurumun yüzlərlə üzvü və tərəfdaşı toplaşıb. İclası AXCP sədri Əli Kərimli açıb. O, təşkilatın prioritetləri və uğrunda mübarizə apardığı dəyərlərdən danışıb.
Share |
Added: 2014-07-25
Category: Həftənin İcmalı
Duration: 0:08:49
Tags:
Video Description: HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL