generic dapoxetine priligy
LEYLA YUNUSUN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİ YARADILIB
Select Category:
Dövlətə xəyanətdə ittiham olunaraq barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilən Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bununla bağlı bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri hüquq müdafiəçisinin həbsi ilə əlaqədar dinləmələr keçiriblər. Dinləmələrdə Müsavat başqanının müavini Gülağa Aslanlı, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, KAXCP sədri Mirmahmud Mirəlioğlu, İbrahim İbrahimli, Mehriban Vəzir və eləcə də diplamatik korpusun nümayəndələri iştirak ediblər. Arif Yunus dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib. Milli Şuranın sədri Cəmil Həsənli Leyla Yunusun həbsinin hakimiyyətin sifarişi əsasında həyata keçirildiyini bildirib: “Leyla xanımla bağlı iki dövlət qurumunun dünənki açıqlaması 1937-ci ili xatırladır. Təəssüf ki, biz Şimali Koreya modelinin içərisindəyik, diktatura hakimiyyəti içərisində yaşayırıq və ölkədə İlham Əliyevin şəxsi hakimiyyəti qurulub”, - deyə o bildirib. Cəmil Həsənli həmçinin insan hüquqları müdafiəsi ilə məşğul olan təşkilatlara birlik təklif edərək onların kordinasiya şurasını yaratmağı ,birgə iş görməyi təklif edib. AXCP sədri Əli Kərimli də artıq vəziyyətin getdikcə gərginləşdiyini deyib. O bildirib ki, hazırda baş verənlər demokratik qüvvələrə qarşı repressiya dalğasıdır: “Hakimiyyət Azərbaycanda hər zaman gözlənilən, istisna olunmayan böyük demokratik hərəkatın qarşısını almaq üçün cəmiyyətdə qorxu yaratmaq məqsədilə indiki prosesləri məqsədyönlü şəkildə həyata keçirir. ” Mətbuat konfransı qalmaqalsız ötüşməyib. Belə ki, jurnalist Xədicə İsmayıl Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini hakimiyyətlə əməkdaşlıqda ittiham edib. Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı və partiya başqanının müavini Gülağa Aslanlı buna etiraz edərək Novella Cəfəroğlunun Müsavatın Məclis üzvü olduğunu və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etməyin əsassız olduğunu bildirib. Bununla belə X. İsmayıl təklif edib ki, hüquq müdafiəçisinin və Rəsul Cəfərovun təşkilatı birləşərək birgə siyasi məhbus siyahısını hazrılasınlar və Avropaya təqdim etsinlər. Bundan əlavə, işçi qrupu yaradılıb. Qrup Azərbaycanda siyasi məhbusların vahid siyahısının hazırlanması ilə məşğul olacaq.
Share |
Added: 2014-08-01
Category: Birləşmək azadlığı
Duration: 0:02:49
Tags:
Video Description: LEYLA YUNUSUN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİ YARADILIB